🇮🇱🤝🇦🇿 İsrailin Azərbaycandakı Səfiri Corc Dik:
“Azərbaycana yönələ biləcək təhlükənin qarşısını almaq üçün onu gücləndirmək istiqamətində hər şeyi edəcəyik”..
Təbii ki, Azərbaycan və İsrail strateji tərəfdaşdır, ona görə də biz buna ciddi yanaşırıq. Biz “strateji” sözünü heç bir ölkə üçün boş yerə işlətmirik.
Bunu APA-ya müsahibəsində İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.
Diplomat bildirib ki, bu mənada ölkələr arasında tərəfdaşlıq dərindir və müxtəlif sahələri əhatə edir: “Bu sahələrdən biri təhlükəsizlikdir və bizim Qarabağ məsələsi ilə bağlı da mövqeyimiz çox aydın olub – biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Onu da anlayırıq ki, Azərbaycan ona hədə-qorxu gəlməkdən çəkinməyən qonşularla, özünün müstəqilliyinə və ya ərazi bütövlüyünə açıq və ya üstüörtülü təhdidlər səsləndirən ölkələrlə çətin bir qonşuluqda yaşayır. Biz dost kimi hər hansı qüvvələrdən tərəfdaşımız Azərbaycana yönələ biləcək təhlükənin qarşısını almaq üçün onu gücləndirmək istiqamətində hər şeyi edəcəyik. İki ölkə arasında təhlükəsizlik sahəsində tərəfdaşlıq haqqında deyə biləcəyim bu qədərdir”.
Səfir bir neçə ay əvvəl İsrailin müdafiə naziri Benni Qantzın Azərbaycana gözlənilməz səfərindən danışıb: “Cənab Qantzın səfərinin məqsədinə gəlincə, sizə deyə bilərəm ki, adətən, müdafiə nazirlərinin səfərləri media üçün sürpriz olur. Çünki nazirlərimiz səfər edərkən bunu şou üçün, sırf manşet üçün etmir, müzakirə olunacaq çox məqam var. Səfərin əsl məqsədi əməkdaşlığımızın mahiyyəti barədə müzakirələr aparmaqdan ibarət idi. Təəssüf ki, bu cür məsələlər barədə açıq danışa bilmərəm, amma sizə deyə bilərəm ki, İsraildə ümumi seçkilərə bir neçə gün qalmış hər hansı bir siyasətçinin seçki kampaniyasını tərk edib xarici ölkəyə getməsi çox çətindir. Müdafiə naziri bunu edirsə, deməli, bu, onun üçün və ölkələrimiz üçün çox vacib idi”.
______________________________
🇮🇱🤝🇦🇿 Israeli Ambassador to Azerbaijan George Dick:
"We will do everything in the direction of strengthening it in order to prevent the danger that may be directed towards Azerbaijan".
Of course, Azerbaijan and Israel are strategic partners, so we take this seriously. We do not use the word "strategic" for any country in vain.
Israel's Ambassador to Azerbaijan, George Dick, said this in an interview with APA.
The diplomat said that in this sense, the partnership between the countries is deep and covers various areas: "One of these areas is security, and our position regarding the Karabakh issue has been very clear - we support the territorial integrity of Azerbaijan. We also understand that Azerbaijan lives in a difficult neighborhood with neighbors who do not hesitate to threaten it, with countries that openly or covertly threaten its independence or territorial integrity. We, as friends, will do everything in order to strengthen our partner to prevent any threat to Azerbaijan from any forces. That's all I can say about the security partnership between the two countries."
The ambassador spoke about the unexpected visit of Israeli Defense Minister Benny Gantz to Azerbaijan a few months ago: "Regarding the purpose of Mr. Gantz's visit, I can tell you that usually the visits of defense ministers are a surprise for the media. Because when our ministers visit, they don't do it for show, just for headlines, there are many points to be discussed. The real purpose of the visit was to discuss the essence of our cooperation. Unfortunately, I cannot speak openly about such matters, but I can tell you that it is very difficult for any politician to leave the election campaign and go to a foreign country a few days before the general elections in Israel. If the Minister of Defense is doing this, then it was very important for him and for our countries."