İsrail Təhlükəsizlik Akademiyası: "Heydər Əliyev təkcə öz xalqının dahi oğlu yox‚ bütün dünya siyasətinin nəhəng dahilərindəndir"

Tarix: 12-12-2022, 09:45
Dost və qardaş Azərbaycan xalqının böyük oğlu‚ Azərbaycan xalqının böyük öndəri Heydər Əliyev nəinki Qafqazda‚ bütün dünyada fenomen şəxsiyyət‚ dahi lider‚ şəxsiyyətinə yüksək sayqı göstərilən rəhbər olub. O‚ hər zaman özünün yüksək dünya görüşü‚ parlaq siyasəti ilə dünya liderləri arasında seçilmiş və dünya siyasətində özünəməxsus yer tutmuşdur.
1990-cı illərin əvvələrində Azərbaycan daxilində baş verən ağır siyasi böhranlar‚ bu ölkəni sürətlə fəlakətə aparmaqda idi. Həmin vaxt Azərbaycan qardaş qırğınlarının astanasında‚ bölünüb parçalanmaq təhlükəsinin bir addımlığında idi. Belə demək mümkünsə Azərbaycanda bir çox zəmində separatçılıq meylləri baş qaldırmış‚ daxildə bir çox qüvvələr Azərbaycanı bölüb parçalamaq niyyətində idilər. Belə olan bir zamanda Azərbaycan xalqının təkidləri ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev Azərbaycan xalqının köməyinə yetişdi və Azərbaycan xalqının düşmənləri ilə siyasət meydanında mübarizə apararaq Azərbaycanı bölünməkdən və parçalanmaqdan xilas etdi. Beləcə 1993-cü ilin İyun 15-də Parlamentə sədr seçilən‚ 1993-cü ilin oktyabrın 3-də isə ölkəyə Prezident seçilən dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanı dağılmaqdan və işğal altına düşməkdən xilas etdi və qorudu. Mərhum prezident‚ dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsilə Azərbaycanın çiçəklənmə dövrü başlanmış oldu. Onun rəhbərlik etdiyi dövr Azərbaycanın xilası və intibah dövrüdür. Hakimiyyətə gəlişi ilə müasir‚ müstəqil‚ güclü Azərbaycan dövlətini quran Heydər Əliyev Azərbaycanı bütün dünyaya tanıtdı. O‚ Azərbaycana azadlıq və inkişaf gətirdi. Onun rəhbərliyi ilə Azərbaycan demokratik və hüquqi dəyərlər üzərində quruldu. Bütün ali dəyərlər əsas meyar olaraq ölçüldü. Və beləcə Heydər Əliyevin ərsəyə gətirdiyi müasir və müstəqil Azərbaycan dövləti nəinki Qafqazda‚ hətta bütün dünyada nümunə bir ölkə olaraq quruldu. Onun uzaqgörən və parlaq siyasəti Azərbaycan daxilində yaşayan bütün xalqları qardaşlaşdırdı. Onun dövründən başlayaraq Azərbaycandakı bütün xalqlar bir-birinə daha da doğmalaşdı və bu günümüzə qədər Azərbaycandakı bütün xalqlar və müxtəlif inanclı insanlar bir-birinə qardaş kimi yanaşır. Burada heçbir zaman ayrıseçkilik olmayıb. Heydər Əliyev təkcə Azərbaycan xalqına yox‚ burada yaşayan digər millətlərə də əmin-amanlıq bəxş edib.
Hakimiyyətə gəlişindən qısa müddət sonra 1994-cü ilin sentyabrın 20-də "Əsrin Kontraktı"nı imzalayan Heydər Əliyev Azərbaycanı bütün dünyaya tanıtdı və bu ölkənin siyasi çəkisini bütün dünyaya qəbul etdirdi. Onun zəngin dühası və parlaq siyasəti nəticəsində dünya dövlətləri Azərbaycanla hesablaşmağa başlamışdır. Onun rəhbərliyi altında Azərbaycan təşəkkül taparaq inkişaf və tərəqqiyə doğru addımladı. Bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi regionun ən güclü ölkəsi olması məhz dahi şəxsiyyət Heydər Əliyevin zəngin dühasının məhsuludur və onun siyasi ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsindədir.
Bütün Yəhudi xalqı hər zaman Heydər Əliyevi özünün ən yaxın dostu hesab edir. Azərbaycanda yaşayan və Azərbaycandan xaricə və İsrailə köçən bütün Yəhudilər Heydər Əliyevi hər zaman sonsuz sayqı ilə anırlar.

Dahi şəxsiyyət Heydər Əliyevi ölümünün 19-cu ilində hörmət və ehtiramla anırıq və Allahdan rəhmət diləyir‚ məkanı cənnət olsun deyirik.



İsrail Təhlükəsizlik Akademiyasının
(ISRAEL SECURITY ACADEMY)
Azərbaycan Respublikasındakı
Nümayəndəliyi


______________________________________


Israel Security Academy: "Heydar Aliyev is not only a genius son of his people, he is one of the great geniuses of the world politics."


Friend and brother, the great son of the Azerbaijani people, the great leader of the Azerbaijani people, Heydar Aliyev, was a phenomenal personality, a genius leader, a highly respected leader not only in the Caucasus, but all over the world. He has always been chosen among the world leaders with his high world view and bright politics and has occupied a unique place in world politics.
In the early 1990s, the severe political crises that took place in Azerbaijan were rapidly leading this country to disaster. At that time, Azerbaijan was on the verge of fratricide, one step away from the danger of being divided. In other words, separatist tendencies have arisen on many grounds in Azerbaijan, and many internal forces intended to divide and divide Azerbaijan. At such a time, Heydar Aliyev, who came to Baku from Nakhchivan at the insistence of the Azerbaijani people, came to the aid of the Azerbaijani people and saved Azerbaijan from division and fragmentation by fighting with the enemies of the Azerbaijani people in the political field. Thus, the genius Heydar Aliyev, who was elected as the chairman of the Parliament on June 15, 1993, and as the President of the country on October 3, 1993, saved and protected Azerbaijan from disintegration and occupation. The period of prosperity of Azerbaijan began with the leadership of the late president, genius Heydar Aliyev. The period under his leadership is the period of salvation and renaissance of Azerbaijan. Heydar Aliyev, who founded the modern, independent, strong state of Azerbaijan upon coming to power, introduced Azerbaijan to the whole world. He brought freedom and development to Azerbaijan. Under his leadership, Azerbaijan was built on democratic and legal values. All higher values were measured as the main criterion. And thus, the modern and independent state of Azerbaijan created by Heydar Aliyev was established as a model country not only in the Caucasus, but also in the whole world. His visionary and brilliant policy brought all the peoples living in Azerbaijan together. Starting from his time, all peoples in Azerbaijan became closer to each other, and until today, all peoples and people of different faiths in Azerbaijan treat each other as brothers. There has never been any discrimination here. Heydar Aliyev gave peace not only to the people of Azerbaijan, but also to other nationalities living here.
Shortly after coming to power, Heydar Aliyev, who signed the "Contract of the Century" on September 20, 1994, introduced Azerbaijan to the whole world and made the country's political weight accepted by the whole world. As a result of his rich genius and brilliant policy, world powers started to settle accounts with Azerbaijan. Under his leadership, Azerbaijan took steps towards development and progress. Today, the transformation of Azerbaijan into a powerful state and the strongest country in the region is the product of the rich genius of the great personality Heydar Aliyev and the result of the successful continuation of his political ideas by President Ilham Aliyev.
All Jewish people always consider Heydar Aliyev as their closest friend. All Jews living in Azerbaijan and moving abroad from Azerbaijan and to Israel always remember Heydar Aliyev with infinite respect.

On the 19th year of his death, we commemorate the great personality Heydar Aliyev with respect and reverence, and ask God for mercy, let his place be heaven.


Israel Security Academy
in the Republic of Azerbaijan
Representation