Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində olub.

Tarix: 2-12-2022, 12:06
Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti Dövlət Komitəsində olub.
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradovun Amerika Yəhudi Komitəsinin (AJC) Rusiya və Avrasiya üzrə direktoru Samuel Kliger, “Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzi”nin rəhbəri Yakov Abramov və Nyu-Yorkda yaşayan iş adamı Mikayıl Davidovla görüşü keçirilib.
Qonaqları salamlayan Komitə sədri dövlətimizin İsraillə dostluq və əməkdaşlıq münasibətlərinə, dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ-da yaşayan yəhudi icmasının fəaliyyətinə xüsusi önəm verdiyini bildirib, Prezident İlham Əliyevin  tapşırıqlarına əsasən, Diasporla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdə həyata keçirdiyi layihələrdən danışıb. 
Komitə ilə əməkdaşlıqdan məmnunluğunu dilə gətirən Samul Kliger Azərbaycan üçün vacib olan məsələlərdə ölkəmizin yanında olduqlarını, xalqımızın Qarabağdakı Zəfəri ilə qürur duyduqlarını, Prezident İlham Əliyevin İsraildə (Təl-Əviv şəhərində) Azərbaycan səfirliyinin fəaliyyətinin təmin olunması barədə 26 noyabr 2022-ci il tarixli Sərəncamını AJC-nin yeni icraçı direktoru Ted Deutchun böyük sevinc və minnətdarlıq hissi ilə qarşıladığını bildirib.
“Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzi”nin rəhbəri Yakov Abramov bildirib ki, ABŞ-da yaşayan yəhudilər Azərbaycanın haqq səsini çatdırmaq, ölkəmizdə baş verən proseslərin ayrılmaz hissəsi olduqlarını göstərmək naminə ciddi səylər göstərirlər. “Bu, xüsusən də Vətən müharibəsi dövründə qabarıq hiss etdirildi. Biz Azərbaycanla bağlı məsələlərdən kənarda qala bilmərik. Çünki özümüzü hər zaman azərbaycanlı hiss edirik”, - deyə həmvətənimiz əlavə edib.
Yəhudilərin Azərbaycan sevgisinə Mikayıl Davidovun fəaliyyəti nümunə olaraq göstərilib. Qeyd edilib ki, 1990-cı illərdə Azərbaycan haqqında ABŞ-da çox məhdud məlumatın olduğu bir dövrdə Azərbaycandan gələn gənc yəhudi olaraq Mikayıl Davidov Bakıdakı 20 Yanvar faciəsinə görə BMT-nin iqamətgahı önündə etiraz aksiyası təşkil edib.
Sonra “Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzi”nin təşəbbüsü ilə azad olunmuş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərinə töhfə kimi nəzərdə tutulan ekoloji layihədən söz açılıb.
Görüşdə iştirak edən Milli Məclisin üzvü, Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun rəhbəri Anatoli Rafailov təşəbbüsü çox bəyəndiyini bildirib.    
Sonra Azərbaycan diasporunun və AJC-nin birgə fəaliyyətinə və gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.  
Komitə sədri AJC-nin yeni prezidentini və icraçı direktorunu Azərbaycana səfərə dəvət edib. 🇦🇿🤝🇮🇱


The State Committee was visited by a delegation from the American Jewish Committee.
Chairman of the State Committee for Work with the Diaspora (DIDK) Fuad Muradov met with Samuel Kliger, director of the American Jewish Committee (AJC) for Russia and Eurasia, Yakov Abramov, head of the Cultural Center of Caucasian Jews. , and Mikail Davydov, a businessman based in New York.
Welcoming the guests, the Chairman of the Committee said that our state attaches particular importance to the relations of friendship and cooperation with Israel, the activities of the Jewish community living in different countries of the world, including the United States, and spoke about the projects implemented by the State Committee for Work with the Diaspora in this direction, based on the instructions of President Ilham Aliyev.
Samul Kliger, who expressed satisfaction with the cooperation with the committee, said that he and our country are proud of the Victory of our people in Karabakh, the Decree of President Ilham Aliyev dated November 26, 2022 on ensuring the activities of the Azerbaijani Embassy in Israel (Tel Aviv) AJC - Ted Deutsch, new CEO
Yakov Abramov, head of the Caucasian Jewish Cultural Center, said that Jews living in the United States are making serious efforts to convey the true voice of Azerbaijan and show that they are an integral part of the processes taking place in our country. “This was especially noticeable during the Patriotic War. We cannot remain aloof from issues related to Azerbaijan. Because we always feel like Azerbaijanis," our compatriot added.
The activities of Mikail Davydov are shown as an example of the love of Jews for Azerbaijan. It was noted that in the 1990s, when there was very limited information about Azerbaijan in the United States, Mikail Davydov, as a young Jew from Azerbaijan, organized a protest in front of the UN headquarters in connection with the January 20 tragedy in Baku.
Then they talked about an environmental project, which was planned as a contribution to the restoration and construction work carried out on our liberated lands on the initiative of the “Cultural Center of Caucasian Jews”.
Anatoly Rafailov, deputy of the Milli Majlis, head of the Azerbaijan-Israel inter-parliamentary friendship group, who participated in the meeting, said that he liked the initiative very much.
Then an exchange of views took place on the joint activities of the Azerbaijani Diaspora and the AJC and the prospects for further cooperation.
The chairman of the committee invited the new president and executive director of AJC to visit Azerbaijan. 🇦🇿🤝🇮🇱