İsrail Təhlükəsizlik Akademiyası: "Fransa Senatı Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamə ilə BMT nizamnaməsini və beynəlxalq hüququ kobud şəkildə pozmuşdur".

Tarix: 22-11-2022, 14:35
Fransa senatının Azərbaycana qarşı qəbul etdiyi qərar heçbir reallığa sığmır vər heçbir əsasa söykənmir. Fransa senatı özü mahiyyət etibari ilə bu qərəzli  fikirləri ehtiva edən absurd qərarı ilə beynəlxalq qanunları pozmuşdur. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Fransanın məhz bu beynəlxalq təşkilatın qəbul etdiyi qətnamələrin əksinə qərar qəbul etməsi və əsası olmayan müzakirələr aparması‚ dünya  birliyinin qərar qəbul etdiyi məsələyə münasibət bildirib BMT qərarlarının əksinə olaraq mübahisələndirməsi BMT nizamnaməsini kobud şəkildə pozmaqdır. Bu qətiyyən yolverilməz haldır. Çünki BMT qərarlarının qüvvədən düşməsinə zəmin yaradacaq. BMT Təhlükəsizlik Şurasında baxılıb qərar çıxarılan məsələyə heçbir dövlət yenidən baxa və hər hansı müzakirəyə çıxarıb mübahisələndirə və müstəqil qərar qəbul edə bilməz. BMT TŞ-nın qərarları məcburidir və bu qərarlarda Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi təsdiqlənir və Ermənistan hərbi qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından dərhal çıxarılmalı olduğu bildirilir. Fransa bu da bu qərarı verən qurumun daimi üzvüdür və belə olan halda Fransa senatı nəyi müzakirə edir və niyə edir?? Səbəb nədir?? Eyni zamanda BMT TŞ-nın qəbul etdiyi qərarın əksinə olan bir qərar qəbul etmək özü  BMT- nin nüfuzuna kölgə salır və  beynəlxalq hüququn pozulmasıdır. Bu o deməkdir ki‚ yuxarı instansiya bir məhkəmə orqanının qərarını kiçik instansiya məhkəmə orqanı yenidən müzakirəyə çıxarıb qərarı pozaraq yenidən qərar çıxarır. Belə hala qətiyyən yol verilə bilməz. Fransa senatının qəbul etdiyi qərar sadəcə Azərbaycana qarşı qərəz xarakteri daşıyır və erməni lobbi təşkilatlarının sifarişidir. Belə görünür ki‚ Fransa senatı qanunlarla və hüquq anlayışı ilə yox‚ şəxsi hisslərlər və sifarişlərlə işləyir. Azərbaycana qarşı qəbul edilən qərəzli anti-qərarın mahiyyəti bundan ibarətdir. Ümumiyyətlə Fransa senatının Azərbaycana qarşı qəbul etdiyi qərarda Azərbaycanın ünvanına səsləndirdiyi ifadələr‚ etdiyi çağırışlar böhtan və qarayaxma motivlidir. Bu qərar birmənalı olaraq yalan və böhtan məzmunludur və şəxsi qərəzlilikdən qaynaqlanır. Ermənilərin sifariş və diktəsilə senat bu layihəni müzakirəyə çıxararaq qəbul etmişdir. Belə bir qeyri-qanuni və qeyri-obyektiv qərarın heçbir hüquqi əsası yoxdur. Fransa BMT TŞ-nın daimi üzvü olmasından əlavə eyni zamanda Azərbaycan və Ermənistan sülh danışıqları prosesində vasitəçiliyi öz üzərinə götürmüş və bunun üçün beynəlxalq mandata sahib olan ATƏT-in Minsq qurupunun 3 həmsədrindən biri olub və məsələnin nizamlanmasında Fransa obyektiv vasitəçilik missiyasını illərlə öz üzərində daşıyıb. Minsq qurupunun həmsədr ölkəsi olaraq Fransa senatının qəbul etdiyi qərar yolverilməzdir. Senatın qərarı Fransanın Minsq qurupunun tərkibindəki vasitəçilik mövqeyində də nə qədər qeyri-səmimi olduğunu gəstərmiş olur.  Senatının Azərbaycana qarşı qəbul etdiyi anti-qərar birmənalı olaraq erməni təəssübkeşliyindən qaynaqlanır və heçbir reallığa söykənmir. 

Belə ki‚ Qarabağı "Artsak" adı ilə erməni ərazisi kimi tanıyaraq separatizmi dəstəkləmək terrorizmi və işğalı dəstəkləməkdir. Bu beynəlxalq hüququn və BMT nizamnamələrinin kobud və qəddarcasına pozulmasıdır. Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyən və Ermənistanı işğalçı ölkə kimi tanıyan BMT qətnamələri olduğu halda Fransa senatının Ermənistanın vaxtilə işğal etdiyi torpaqları erməni ərazisi kimi tanıması heçbir hüquq tendensiyasına sığa bilməz. Fransa hökuməti işğalçı və separatçı bir rejimi dəstəkləməklə bölgədə sülhü pozur. Çünki‚ ermənilər Fransanın bu addımından cəsarətlənib Azərbaycana qarşı hərbi təxribatlara başlaya və provokativ addımlar ata bilər. Bu isə bölgədə növbəti hərbi cinayətlərin və terrorların yarana biləcəyini ehtimal etməyə əsas yaradır. 
Fransa senatının qondarma sepratçı rejimin legitimliyini‚ varlığını və Qarabağı erməni ərazisi kimi tanınası beynəlxalq hüququ kobud şəkildə ayaqlamaqdır. Belə görünür ki‚ Fransa Cənubi Qafqaz regionunda sülhü və sabitliyi pozmağa və yeni münaqişə ocaqları yaratmağa çalışır. Qarabağ tarixən və hələ qədimdən Azərbaycan torpağıdır və ermənilər yeni dövrlərdə bura qonaq qismində gəliblər. BMT T. Ş.-nın qətnamələri də bunu sübut edir. Belə olan halda Qarabağı erməni torpağı kimi tanımaq elə ermənilərin özünə zərər verməkdir. Beynəlxalq hüquqa görə Qarabağ Azərbaycan torpağıdır və BMT-də belə tanınıb.  Belə olan halda Fransa Senatının qəbul etdiyi qətnamənin heçbir hüquqi əsası yoxdur və ümumiyyətlə hüquqi əsası ola da bilməz. Çünki‚ artıq beynəlxalq birlik‚ dünya ictimaiyyəti Qarabağın Azərbaycana aid olduğunu təsdiqləyib. Beynəlxalq hüquqa əsasən Qarabağ Azərbaycan torpağıdır. Bu isə o deməkdir ki‚ beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Belə olan halda Fransa Senatının qəbul etdiyi qətnamə sadəcə kağız parçasıdır və heçbir rəsmi və hüquqi əsası yoxdur. Hətta işğalçı Ermənistan belə Qarabağın müstəqilliyini bu zamana qədər tanımayıb və tanıya bilməyib. Çünki  beynəlxalq hüquq mane olub. Ermənistan işğalçı olsa da yaxşı dərk edir ki‚ Qarabağ Azərbaycan torpağıdır və beynəlxalq hüquq da məhz birmənalı olaraq Azərbaycanın tərəfindədir.  

1992-ci ildə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququ kobud şəkildə pozaraq‚ beynəlxalq ictimaiyyət tərəfindən sərhədləri və ərazisi beynəlxalq hüquqla tanınan Azərbaycanın ərazisinə qarşı hərbi təcavüz edərək Qarabağı işğal etmişdir. 1992-ci ildə BMT Təhlükəsizlik Şurası da Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzünü və Qarabağı işğal etməsi faktını təsdiq edərək Ermənistanı işğala son qoymağa və Azərbaycan torpağını tərk etməyə çağırıb. Ermənistan 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq işğal etdiyi Azərbaycan torpaqlarını tərk etmədiyi üçün‚ məhz  2020-ci ilin 44 günlük ikinci Qarabağ müharibəsində Azərbaycan ordusunun igidliyi sayəsində Qarabağ işğaldan azad edilmiş və Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağa məcbur olmuşdur. 30 il öncə Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə 1.000.000 Azərbaycanlı öz doğma evindən‚ torpağından qaçqın və köçkün düşmüş‚ didərgin salınmışdır.   Çox sayda Azərbaycanlı itgin düşmüş‚ yaralanmış‚ həlak olmuş‚ soyqırımına məruz qalmış və ermənistanın etnik təmizləmə siyasətinin günahsız qurbanı olmuşdur. Ermənistan hərbi birləşmələrinin Xocalıda törətdiyi soyqırımı faktı bəşəriyyətin ən qanlı insan qətliamlarındandır. Ermənistan silahlı qüvvələrinin Xocalıda Azərbaycanlılara qarşı törətdiyi bu qanlı faciə‚ soyqırım aktı isan haqqlarının dəhşətli pozuntusu və ən ağır hərbi cinayət‚ terror aktıdır. Vaxtilə 1992-1993-cü illərdə birinci Qarabağ müharibəsində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi zamanı döyüşlərdə ermənilər tərəfindən Yəhudi gəncləri də həlak edilmişdir. Qarabağın Ermənistan hərbi birləşmələri tərəfindən 30 il öncə işğal edilməsi ilə bu ərazilər dağıdılmış və 30 il keçməsinə baxmayaraq bərpa edilməmiş və hətta dağıdılaraq vandalizm aktları törədilmişdir. Eyni zamanda işğal edilmiş Azərbaycan torpaqlarının təbii sərvətləri talanmış‚ oğurlanmış və xaricə aparılmışdır. Bütün bu faktlar nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan İqtisadiyyatına milyardlarla dollar həcmində maddi və mənəvi zərər dəymişdir. Hazırda Azərbaycana dəymiş maddi və mənəvi ziyanlıq 100 milyardlarla dollar həcmində ölçülür. Əlbəttə ki‚ Ermənistan hökuməti bu zərərin qarşılığını Azərbaycan dövlətinə və hökumətinə geri ödəməlidir. 
30 il öncə Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə tarixi ədalət və  beynəlxalq hüquq kobud şəkildə pozulmuşdur. Ermənistanın işğalçı olması beynəlxalq ictimaiyyət və BMT TŞ tərəfindən tanınıb və təsdiqlənib. Beynəlxalq hüquqa əsasən ermənistan işğalçıdır və hərbi cinayətlər törədib. Belə olan halda Fransa hökuməti beynəlxalq ictimaiyyətin və BMT TŞ-nın əksinə addım ata bilməz. Fransa özü BMT TŞ-nın qərarlarına hörmət etməyə beynəlxalq qanunlarla və qurumun nizamnaməsinə əsasən borcludur. 
 
Odur ki‚ Fransa hökuməti‚ xüsusən Senat ermənilərlə bağlı heçbir sübuta və reallığa söykənməyən fikir və mövqelərinə yenidən baxmalıdır və heçbir reallığa söykənməyən‚ beynəlxalq qanunların əksinə olan şər və böhtan xarakterli qərəzli qərarına yenidən baxmalı və obyektiv münasibət sərgiləməlidir. 
Azərbaycan öz mövqeyində hər zaman haqqlıdır və Azərbaycan dövləti heçbir zaman beynəlxalq hüquqa zidd addım atmayıb. 2020-ci ildə 44 günlük müharibə də məhz beynəlxalq hüquq çərçivəsində və beynəlxalq qanunlarla aparılmış‚ bütün müharibə mədəniyyətinə‚ hümanizm prinsiplərinə əməl edilmiş‚ müharibənin gedişində də beynəlxalq hüquq normaları yüksək səviyyədə qorunmuş və həqiqi bir nümunə göstərilmişdir. Hazırda beynəlxalq hüquq Azərbaycanın tərəfindədir 
Fransa senatı bu qərəzli qərarı ilə Azərbaycan xalqına və dövlətinə qarşı böyük haqqsızlıq etmiş və beynəlxalq qanunlara qarşı isə böyük kobudluq sərgiləmişdir. 


Biz‚ Fransa senatının erməni təəssübkeşliyindən qaynaqlanan və heçbir reallıqla bağlılığı olmayan şər və böhtan xarakterli qərarını qətiyyətlə pisləyir və Azərbaycanın haqqlı mövqeyini və beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü bir daha dəstəkləyir‚ Azərbaycanın suveren sərhədlərinə qarşı olan hər bir hücum‚ təhdid və hərbi‚ siyasi təxribatlara qarşı hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu ifadə edirik. Azərbaycan haqqlıdır və  hər zaman Azərbaycanın yanındayıq. Qarabağ Azərbaycandır! 



İsrail Təhlükəsizlik Akademiyasının 
Azərbaycan Respublikasındakı 
Nümayəndəliyi   


-----------------------------------------------


Israel Security Academy: "The France Senate grossly violated the UN Charter and international law with its biased resolution against Azerbaijan."



  The decision of the France senate against Azerbaijan does not fit into any reality and is not based on any basis.  The France senate itself violated international law with its absurd decision, which essentially contained these prejudices.  France, which is one of the 5 permanent members of the UN Security Council, takes decisions contrary to the resolutions adopted by this international organization and conducts baseless discussions, commenting on the issues decided by the world community and disputing them contrary to UN resolutions, is a gross violation of the UN Charter.  This is absolutely unacceptable.  Because it will create the basis for the annulment of UN decisions.  No state can reconsider, debate, dispute, or make an independent decision on an issue discussed and decided by the UN Security Council.  The decisions of the UN Security Council are binding and in these decisions Armenia's occupation of Azerbaijani territories is confirmed and it is stated that the Armenian military forces should be immediately withdrawn from the occupied Azerbaijani lands.  France is a permanent member of the institution that made this decision, and in this case, what is the French senate discussing and why??  What is the reason??  At the same time, taking a decision that is contrary to the decision taken by the UN Security Council casts a shadow on the authority of the UN and is a violation of international law.  This means that the higher instance reconsiders the decision of a lower instance court and overturns the decision and makes a new decision.  Such a situation cannot be allowed at all.  The decision adopted by the France senate is only prejudiced against Azerbaijan and is the order of Armenian lobby organizations.  It seems that the France senate does not work with laws and the concept of law, but with personal feelings and orders.  This is the essence of the biased anti-decision taken against Azerbaijan.  In general, the statements and calls made by the French senate against Azerbaijan in the decision taken against Azerbaijan are motivated by slander and defamation.  This decision is unequivocally false and slanderous and based on personal bias.  On the order and dictation of the Armenians, the senate discussed and accepted this project.  Such an illegal and non-objective decision has no legal basis.  In addition to being a permanent member of the UN Security Council, France also undertook mediation in the process of peace negotiations between Azerbaijan and Armenia and was one of the 3 co-chairs of the OSCE Minsk Group, which has an international mandate for this, and France carried out the mission of objective mediation in the settlement of the issue for years.  The decision taken by the France senate as the co-chairing country of the Minsk Group is inadmissible.  The decision of the Senate shows how insincere France is in its mediation position within the Minsk Group.  The anti-decision adopted by the Senate against Azerbaijan is unequivocally caused by Armenian bigotry and is not based on any reality.

 Thus, supporting separatism by recognizing Karabakh as an Armenian territory under the name "Artsak" is supporting terrorism and occupation.  This is a gross and cruel violation of international law and UN charters.  While there are UN resolutions confirming that Karabakh is the territory of Azerbaijan and recognizing Armenia as an occupying country, the France senate's recognition of the lands once occupied by Armenia as Armenian territory cannot fit into any legal trend.  The French government is disrupting peace in the region by supporting an occupying and separatist regime.  Because Armenians, encouraged by this step of France, can start military provocations against Azerbaijan and take provocative steps.  This gives reason to believe that further military crimes and terrorism may occur in the region.
 The recognition of the legitimacy and existence of the so-called separatist regime and Karabakh as Armenian territory by the French senate is a gross violation of international law.  It seems that France is trying to disrupt peace and stability in the South Caucasus region and create new sources of conflict.  Karabakh is historically and since ancient times the land of Azerbaijan, and Armenians came here as guests in recent times.  The resolutions of the UN Security Council prove this.  In such a case, to recognize Karabakh as Armenian land is to harm the Armenians themselves.  According to international law, Karabakh is the land of Azerbaijan and is recognized as such in the UN.  In such a case, the resolution adopted by the France Senate has no legal basis and cannot have any legal basis at all.  Because the international community has already confirmed that Karabakh belongs to Azerbaijan.  According to international law, Karabakh is the land of Azerbaijan.  This means that international law is on Azerbaijan's side.  In this case, the resolution adopted by the French Senate is just a piece of paper and has no official or legal basis.  Even the occupying Armenia has not recognized and has not been able to recognize the independence of Karabakh until now.  Because international law has prevented it.  Although Armenia is the aggressor, it is well aware that Karabakh is Azerbaijan's land and international law is clearly on Azerbaijan's side.

 In 1992, the armed forces of Armenia grossly violated international law and occupied Karabakh by military aggression against the territory of Azerbaijan, whose borders and territory are recognized by international law.  In 1992, the UN Security Council confirmed the military aggression of the Armenian armed forces against Azerbaijan and the occupation of Karabakh and called on Armenia to end the occupation and leave the territory of Azerbaijan.  As Armenia did not leave the occupied Azerbaijani lands despite the passage of nearly 30 years, it was in the 44-day second Karabakh war of 2020 that Karabakh was freed from occupation thanks to the bravery of the Azerbaijani army and Armenia was forced to withdraw from the occupied Azerbaijani lands.  30 years ago, with the occupation of Karabakh by the Armenian armed forces, 1,000,000 Azerbaijanis were displaced and displaced from their homes and lands.  A large number of Azerbaijanis were missing, injured, killed, subjected to genocide and were innocent victims of Armenia's ethnic cleansing policy.  The fact of genocide committed by Armenian military units in Khojaly is one of the bloodiest human massacres of mankind.  This bloody tragedy and act of genocide committed by the Armenian armed forces against the Azerbaijanis in Khojaly is a terrible violation of human rights and the most serious military crime and terrorist act.  At one time, during the first Karabakh war in 1992-1993, during the occupation of Azerbaijani lands by Armenia, Jewish youths were also killed by Armenians.  With the occupation of Karabakh by the Armenian military units 30 years ago, these areas were destroyed, and despite the passage of 30 years, they have not been restored, and even vandalism has been committed after they were destroyed.  At the same time, the natural resources of the occupied Azerbaijani lands were looted, stolen and taken abroad.  As a result of all these facts, material and moral damage in the amount of billions of dollars was inflicted on the Azerbaijani economy by the armed forces of Armenia.  Currently, the material and moral damage to Azerbaijan is estimated at 100 billion dollars.  Of course, the government of Armenia must compensate the state and government of Azerbaijan for this damage.
 With the occupation of Karabakh by the Armenian armed forces 30 years ago, historical justice and international law were grossly violated.  The occupation of Armenia has been recognized and confirmed by the international community and the UN Security Council.  According to international law, Armenia is an aggressor and has committed war crimes.  In such a case, the French government cannot take steps contrary to the international community and the UN Security Council.  France itself is obliged to respect the decisions of the UN Security Council according to international law and the organization's charter.
 
 Therefore, the France government, especially the Senate, should reconsider its opinions and positions regarding Armenians, which are not based on any evidence and reality, and should reconsider its evil and slanderous biased decision, which is not based on any reality, contrary to international laws, and should show an objective attitude.
 Azerbaijan is always right in its position and the state of Azerbaijan has never taken a step contrary to international law.  In 2020, the 44-day war was conducted within the framework of international law and with international laws, the entire culture of war, the principles of humanism were followed, international legal norms were protected at a high level during the war, and a true example was set.  Currently, international law is on the side of Azerbaijan
 With this biased decision, the France senate committed great injustice against the people and state of Azerbaijan and showed great rudeness against international laws.


 We strongly condemn the evil and slanderous decision of the France senate, which is rooted in Armenian bigotry and has no connection with reality, and we once again support the rightful position of Azerbaijan and the territorial integrity recognized by international law, against every attack, threat and military and political provocation against the sovereign borders of Azerbaijan.  We express that we are with the state and people of Azerbaijan.  Azerbaijan is right and we are always with Azerbaijan.  Karabakh is Azerbaijan!



 Israel Security Academy
 in the Republic of Azerbaijan
 Representation