"Likud" partiyasının lideri Benyamin Netanyahu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Tarix: 18-11-2022, 11:04
İsrailin “Likud” partiyasının lideri Benyamin Netanyahu ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

 Benyamin Netanyahu Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək İstanbulda törədilən terror aktındakı itkilərə görə başsağlığı verib, eyni zamanda, Rusiya ilə Ukrayna arasındakı Türkiyənin vasitəçilik cəhdlərinin dünya üçün əhəmiyyətli olduğunu ifadə edib.
Başsağlığı üçün zəng etdiyində görə Benyamin Netanyahuya təşəkkürünü bildirən Türkiyə Prezidenti iki gün əvvəl İordan çayının qərb sahilində (Batı Şeria) baş verən hadisənin də onlarda üzüntü yaratdığını dilə gətirib.
İsraildə keçirilən seçkilərin (noyabrın 1-də keçirilən parlament seçkiləri) nəticələrinin ölkə və bölgə üçün xeyirli olmasını arzu edən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə İsrail əlaqələrinin iki tərəfin də sərgilədiyi güclü iradə sayəsində yeni bir dövrə girdiyini bildirib. Münasibətləri qarşılıqlı maraqlar təməlində, həssaslıqlara hörmət göstərərək davam etdirməyin və davamlı olaraq gücləndirməyin ortaq mənfəət olduğunu ifadə edib.  

_________________________________  

Likud party leader Benjamin Netanyahu called Turkish President Recep Tayyip Erdogan.

 The leader of Israel's "Likud" party, Benjamin Netanyahu, had a telephone conversation with Turkish President Recep Tayyip Erdogan.

  Benjamin Netanyahu called President Recep Tayyip Erdogan and expressed his condolences for the losses in the terrorist attack in Istanbul, and at the same time expressed that Turkey's mediation efforts between Russia and Ukraine are important for the world.
 Expressing his gratitude to Benjamin Netanyahu for his condolence call, the President of Turkey said that the incident that happened two days ago on the West Bank of the Jordan River (West Bank) also caused them sadness.
 President Recep Tayyip Erdogan wished that the results of the elections held in Israel (parliamentary elections held on November 1) would be good for the country and the region. He said that the relations between Turkey and Israel have entered a new era thanks to the strong will shown by both sides.  He expressed that it is mutual benefit to continue and continuously strengthen relations based on mutual interests, respecting sensitivities.