İsrail Təhlükəsizlik Akademiyası: "İsraildə Azərbaycanın Səfirliyinin açılması əlaqələrdə yeni mühüm səhifə açacaq və hər iki ölkənin siyasi və təhlükəsizlik maraqlarına xidmət edəcək"

Tarix: 18-11-2022, 22:24
Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycanın İsraildə Səfirliyinin açılması qərarını qəbul etməsi çox sevindirici haldır. Qardaş Azərbaycan hökumətini və xalqını bu tarixi və əlamətdar qərarın qəbul edilməsi münasibətilə alqışlayırıq. İsrail dövləti Azərbaycanın müstəilliyini tanıyan ilk dövlətlərdəndir və Azərbaycan müstəqilliyini qazandığı gündən məhz İsraillə çox yüksək əlaqələrə malikdir. Bu əlaqələr zamanla qardaşlıq müstəvisinə və müttəfiqliyə yüksəldi. Azərbaycanlılarla Yəhudilərin dostluğu və qardaşlığı minnilliklər öncəyə gedib çıxır. Əsrlər və yüzillərdir ki‚ Azərbaycan xalqı ilə Yəhudi xalqı arasında sarsılmaz dostluq və qardaşlıq bağları vardır. İsraillə əlaqələrin daha da genişlənməsində və inkişaf etməsində xalqların qardaşlığı böyük rol oynayıb. Bu dostluq və qardaşlıq bağları daha da möhkəmlənməli və dərinləşməlidir. İsraildə Azərbycanın Səfirliyinin açılması hər iki ölkə‚ dövlət və hər iki xalq üçün uğurlu və düşərli olacaq və münasibətlərin daha da dərinləşməsinə təkan verəcək. Bu‚ hər iki ölkənin siyasi‚ strateji və təhlükəsizlik maraqlarına xidmət edəcək. 🇦🇿🤝🇮🇱




İsrail Təhlükəsizlik Akademiyasının 
Azərbaycan Respublikasındakı 
Nümayəndəliyi   


_______________________________


Israel Security Academy: "The opening of the Embassy of Azerbaijan in Israel will open a new important page in relations and will serve the political and security interests of both countries."



 It is very gratifying that the Milli Majlis of the Republic of Azerbaijan accepted the decision to open the Embassy of Azerbaijan in Israel.  We congratulate the government and people of brother Azerbaijan on the occasion of the adoption of this historic and significant decision.  The state of Israel is one of the first states to recognize the independence of Azerbaijan, and Azerbaijan has had very high relations with Israel since its independence.  Over time, these relations rose to the level of brotherhood and alliance.  The friendship and brotherhood of Azerbaijanis and Jews goes back thousands of years.  There have been unbreakable bonds of friendship and brotherhood between the Azerbaijani people and the Jewish people for centuries.  The brotherhood of peoples played a major role in the further expansion and development of relations with Israel.  These bonds of friendship and brotherhood should be further strengthened and deepened.  The opening of the Embassy of Azerbaijan in Israel will be successful and useful for both countries, states and both peoples, and will give impetus to further deepening of relations.  This will serve the political, strategic and security interests of both countries.  🇦🇿🤝🇮🇱



 Israel Security Academy
 in the Republic of Azerbaijan
 Representation