İsrail İstanbulun mərkəzindəki İstiqlal küçəsində baş verən partlayış nəticəsində insanların həlak olması ilə bağlı Türkiyəyə başsağlığı verir və hadisə ilə bağlı Türkiyə tərəfinə hər cür yardım göstərməyə hazırdır.
Bunu İsrailin müdafiə naziri Benni Qants deyib.
“İsrailin müdafiə qurumu istənilən yardımı göstərməyə hazırdır. Son bir saat ərzində mən həmkarım, Türkiyənin müdafiə naziri Hulusi Akarla danışdım və ona İsrail müdafiə qurumu adından və şəxsən öz adımdan başsağlığı verdim”, - deyə nazir bildirib.
O, bu faciənin bütün qurbanlarına, Türkiyə hökumətinə və xalqına başsağlığı verdiyini vurğulayıb.
“Bu hücum bizim hamımızın günahsız dinc sakinlərə zərər vurmaq istəyən qaniçən terrorçulara qarşı mübarizə sahəsində əməkdaşlığı dərinləşdirməyə davam etməli olduğumuzu xatırladan ağrılı bir mesajdır. Biz bu gün bu istiqamətdə çalışırıq və bundan sonra da fəaliyyətimizi davam etdirəcəyik”, - İsrailin Müdafiə naziri bəyan edib.
---------------------------------------------
Israel expresses its condolences to Turkey regarding the death of people as a result of the explosion on Istiklal Street in the center of Istanbul and is ready to provide all possible assistance to the Turkish side in connection with the incident.
Israeli Defense Minister Benny Gantz said this.
"Israel's defense establishment is ready to provide any assistance. "During the last hour, I spoke with my colleague, Turkish Defense Minister Hulusi Akar, and expressed my condolences on behalf of the Israeli defense establishment and on my own behalf," the minister said.
He expressed his condolences to all the victims of this tragedy, the government and people of Turkey.
"This attack is a painful reminder that we must all continue to deepen cooperation in the fight against bloodthirsty terrorists who seek to harm innocent civilians. We are working in this direction today and we will continue our activities in the future," said the Minister of Defense of Israel.