İsrailin Müdafiə naziri Benni Gantz oktyabrın 26-da Türkiyəyə rəsmi səfər edəcək

Tarix: 25-10-2022, 20:48
İsrail Müdafiə naziri Benni Qantzın oktyabrın 26-da Türkiyəyə gələcəyi gözlənilir. İsrail müdafiə nazirinin gözlənilən səfəri Yunanıstanda panikaya səbəb olub.
İsrailin müdafiə naziri Benni Qantz ötən həftə Yunanıstana getməli və Kalamatadakı bu mərkəzi ziyarət etməliydi. Amma planlaşdırılan səfər ləğv edilib.
Ayın 26-da Ankarada türk həmkarı Hulusi Akarla görüşəcək İsrail müdafiə naziri Benni Qantzın Yunanıstana planlaşdırılan səfərini son anda ləğv etməsi Afinanı təəccübləndirib. İsrail rəsmiləri həmin gün Qantzın ölkədə qalmasının səbəblərinin olduğunu bildiriblər.
Rəsmi Yerusəlimdən verilən açıqlama Afinanı arxayın salmayıb, Qantzın Yunanıstana yox, Türkiyəyə getməsi yunanları təşvişə salıb. Yunan mətbuatı bu gəlişməni “qəribə” olaraq şərh edir və bildirir ki, bu, Yunanıstan üçün yaxşı əlamət deyil.
Türkiyənin Şərqi Aralıq dənizi və regional proseslərdə İsrailin əsas müttəfiqinə çevrildiyini diqqətə çatdıran bəzi yunan nəşrləri Yunanıstanın bölgədə gərginliyi daim artıran tərəf olması səbəbindən müttəfiqlərinin ondan uzaqlaşmağa başladığını yazırlar.  🇮🇱🤝🇹🇷  

----------------------------------------------------  

Israeli Defense Minister Benny Gantz is expected to arrive in Turkey on October 26.  The expected visit of the Israeli defense minister has caused panic in Greece.
 Israeli Defense Minister Benny Gantz was supposed to go to Greece last week and visit this center in Kalamata.  But the planned visit was cancelled.
 Athens was surprised by the last-minute cancellation of the planned visit of Israeli Defense Minister Benny Gantz, who will meet with his Turkish counterpart Hulusi Akar in Ankara on the 26th of the month.  Israeli officials said that day that there were reasons for Gantz to stay in the country.
 The official announcement from Jerusalem did not reassure Athens, and the Greeks were alarmed by the fact that Gantz went to Turkey instead of Greece.  The Greek press interprets this development as "strange" and says that it is not a good sign for Greece.
 Noting that Turkey has become Israel's main ally in the Eastern Mediterranean and regional processes, some Greek publications write that Greece's allies have begun to distance themselves from it because it is a party that constantly increases tensions in the region.  🇮🇱🤝🇹🇷