Heydər Əliyev‚ İsrailin və yəhudilərin böyük dostu - İsrail Təhlükəsizlik Akademiyası

Tarix: 2-10-2022, 00:20
Heydər Əliyev tərəfindən müasir Azərbaycan dövləti qurularkən tolerantlıq siyasəti əsas meyar olaraq seçilmişdir və Azərbaycanda yaşayan qeyri müsəlmanlara‚ qeyri dinlərə və inanclara olduğu kimi‚ məhz yəhudilərə də hörmət və ehtiram göstərilmişdir. Burada doğulan‚ yaşayan və xaricə‚ İsrailə köç edən yəhudilər hər zaman Azərbaycanı özünə vətən bilmiş və buraya son dərəcə doğma və sevgi ilə yanaşmaqdadır. Bunu yəhudi xalqının Azərbaycanda yaşayan və xaricə‚ İsrailə köç edən bir fərdində və nümayəndəsində aşkar görmək mümkündür. Azərbaycan dövləti Heydər Əliyev tərəfindən qurularkən ali dəyərlərin mövcud olmasına‚ yəhudilərə göstərilən hörmət və ehtirama görə Azərbaycanın qurucusu Heydər Əliyev yəhudilərin və İsrailin  böyük dostu adlandırılır. Azərbaycanın İsrail dövləti və Yəhudi lobbisi ilə münasibətlərin qurulması və əlaqələrin inkişaf etdirilməsi hələ dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin əsasını qoyduğu tolerantlıq ənənəsinə görə Yəhudilər Azərbaycanda son dərəcə dostluq və qadaşlıq şəraitində yaşayaraq buranı ana vətənləri hesab edirlər. Azərbaycanda yaşayan bütün qeyri-millətlər‚ qeyri-dinlər və inancların nümayəndələri kimi‚ yəhudilərə də göstərilən hörmət və ehtiram ənənəsi məhz Heydər Əliyevin parlaq və təqdirəlayiq tolerantlıq siyasətinin nəticəsidir. Bu səbəbdən biz‚ İsrail Təhlükəsizlik Akademiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi olaraq‚ Azərbaycan Respublikasının Prezidenti‚ Zati-aliləri cənab İlham Əliyev tərəfindən 2023-cü ilin məhz Heydər Əliyev İli elan edilməsini çox vacib və əhəmiyyətli qərar hesab edirik. Qarşıdakı 2023-cü il‚ yəni Heydər Əliyev İli Azərbaycana xeyirli və uğurlu olsun. Azərbaycan və İsrail dövlətinin‚ Azərbaycan xalqı ilə yəhudi xalqının dostluğu və qardaşlığının daha da möhkəmlənməsini‚ sarsılmaz və əbədi olmasınə Tanrıdan diləyirik. AMİN.   🇮🇱🤝🇦🇿



İsrail Təhlükəsizlik Akademiyasının 
Azərbaycan Respublikasındakı 
Nümayəndəliyi  

_________________________________


When the modern state of Azerbaijan was founded by Heydar Aliyev, the policy of tolerance was chosen as the main criterion, and as well as the non-Muslims, non-religions and beliefs living in Azerbaijan, the Jews were also respected.  Jews who were born here, lived here and immigrated abroad to Israel have always considered Azerbaijan their homeland and treat it with the utmost affection and love.  This can be clearly seen in an individual and a representative of the Jewish people living in Azerbaijan and immigrating to Israel.  The founder of Azerbaijan, Heydar Aliyev, is called a great friend of Jews and Israel, due to the existence of high values and the respect shown to Jews when the state of Azerbaijan was founded by Heydar Aliyev.  The establishment and development of relations with the State of Israel and the Jewish lobby of Azerbaijan is still connected with the name of the genius Heydar Aliyev.  Due to the tradition of tolerance founded by Heydar Aliyev, Jews live in Azerbaijan in extremely friendly and friendly conditions and consider this place as their motherland.  The tradition of respect and honor shown to Jews as well as to representatives of all non-nationalities, non-religions and beliefs living in Azerbaijan is the result of Heydar Aliyev's bright and commendable policy of tolerance.  For this reason, we, as the Representative Office of the Israel Security Academy in the Republic of Azerbaijan, consider it a very important and significant decision to declare 2023 as the Year of Heydar Aliyev by the President of the Republic of Azerbaijan, His Excellency Mr. Ilham Aliyev.  May the upcoming year 2023, i.e. the Year of Heydar Aliyev, be good and successful for Azerbaijan.  We pray to God that the friendship and brotherhood of the state of Azerbaijan and Israel, the Azerbaijani people and the Jewish people will be further strengthened, unshakable and eternal.  AMEN.
  🇮🇱🤝🇦🇿


 Israel Security Academy
 in the Republic of Azerbaijan
 Representation