Azərbaycanda bütün millətlər və bütün dinlər bir-birinə qardaşdır. Burada hər kəs bir-birinə doğmadır. Dünyada Azərbaycan kimi ikinci belə ölkə ola bilməz.
Azərbaycan Dövləti dahi şəxsiyyət, dünya siyasətini fenomeni olan Heydər Əliyevin rəhbərliyi altında qurularkən, tolerantlıq, multikultural mədəniyyət və dəyərlər ən başlıca məsələ olmuşdur. Azərbaycanda yaşayan bütün millətlər və etnik xalqlar arasında əbədi qardaşlıq bərqərar oldu‚ ölkə ərazisindəki bütün səmavi dinlər, müsəlmanlar və qeyri müsəlmanlar azad və müstəqil, rahat yaşamağa başladılar. Bütün dinlərə və bütün inanclara qarşı Azərbaycan dövləti hər zaman son dərəcə dərin hörmət və ehtiramla yanaşır. Bu səbəbdəndir ki, Tolerantlıq və multikulturalizm Azərbaycan dövlətinin təməlində dayanmış məsələdir. Həmçinin müsəlman ölkəsi olaraq İslam dininin bütün demokratik və tolerantlıq dəyərlərini də qorumaqda və inkişaf etdirməkdə, habelə bütün dünyada tolerant‚ multikultural dəyərlərə malik olan, ən hümanist müsəlman ölkəsi olaraq özünəməxsus yer tutmuşdur. Azərbaycan xalqının ümummilli lideri‚ dahi şəxsiyyət Heydər Əliyev müasir Azərbaycan dövlətini ərsəyə gətirərkən bütün bu meyarları qorumuş və bütün bunlar Heydər Əliyev siyasi kursunun ana xəttini‚ lokomotivini təşkil etmişdir. Və görünən odur ki‚ bir sözlə, Azərbaycan dövləti bu hümanist‚ ali dəyərlər və insani keyfiyyətlər üzərində qurulmuşdur. Bu gün də bu ali dəyərlər‚ multikultural yanaşma‚ tolerantlıq siyasəti Azərbaycan Respublikasının prezidenti‚ zati-aliləri cənab İlham Əliyev tərəfindən qorunmaqda‚ daha da inkişaf etdirilməkdə və ən yüksək zirvəyə qaldırılmaqdadır. Burada ta qədimdən indiyə kimi‚ yəhudilər yaşadığı 3 min illik tarixi əhatə edən böyük bir zaman ərzində heçbir zaman anti-semitizm olmayıb. Anti-semitizmin əksinə olaraq Azərbaycan xalqı ilə yəhudilər qaynayıb qarışmış‚ qohumlaşmış və qardaşlaşmışlar. Hazırda Azərbaycan dövləti dünyanın ən nümunəvi ölkələri sırasında ən ön cərgədədir. Azərbaycanı dünyanın ən nümunəvi və tolerant ölkəsi adlandırmaq daha doğru olardı. Azərbaycan dövləti dünyada müsəlman ölkəsi olaraq bir nümunədir. Burada yəhudilər‚ müsəlmanlar və xristianlar qardaş kimi yaşayır. Bu‚ son dərəcə alqışa və təqdirəlayiq haldır. 🇮🇱🤝🇦🇿
İsrail Təhlükəsizlik Akademiyasının
Azərbaycan Respublikasındakı
Nümayəndəliyi
___________________________
All nations and religions are brothers in Azerbaijan. Here everyone is related to each other. There can be no other country like Azerbaijan in the world.
When the Azerbaijan State was founded under the leadership of Heydar Aliyev, a genius and a phenomenon of world politics, tolerance, multicultural culture and values were the most important issues. Eternal brotherhood was established between all nationalities and ethnic peoples living in Azerbaijan, all heavenly religions, Muslims and non-Muslims in the country began to live freely and independently. The state of Azerbaijan always treats all religions and beliefs with the utmost respect and reverence. It is for this reason that tolerance and multiculturalism are issues at the foundation of the Azerbaijani state. Also, as a Muslim country, it has taken a special place in protecting and developing all the democratic and tolerant values of Islam, as well as being the most humane Muslim country with tolerant and multicultural values in the whole world. The national leader of the Azerbaijani people, genius Heydar Aliyev maintained all these criteria while creating the modern state of Azerbaijan, and all these formed the main line and locomotive of Heydar Aliyev's political course. And it seems that, in a word, the state of Azerbaijan was built on these humanist, higher values and human qualities. Even today, these high values, multicultural approach, tolerance policy are being protected, further developed and raised to the highest level by the President of the Republic of Azerbaijan, His Excellency Mr. Ilham Aliyev. There has never been anti-Semitism here, from ancient times to the present, during a long period of 3,000 years of Jewish history. Contrary to anti-Semitism, the Azerbaijani people and the Jews are mixed, related and fraternized. Currently, the state of Azerbaijan is in the forefront among the most exemplary countries in the world. It would be more correct to call Azerbaijan the most exemplary and tolerant country in the world. The state of Azerbaijan is an example of a Muslim country in the world. Jews, Muslims and Christians live here as brothers. This is highly commendable and commendable. 🇮🇱🤝🇦🇿
Israel Security Academy
in the Republic of Azerbaijan
Representation