Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinə və Azərbaycanın bir neçə hərbi obyektlərinə qarşı növbəti hərbi cinayət əməli törədilmişdir. Belə ki‚ Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri‚ Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat və terror aktları törədib. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatında bildirilir ki‚
Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.
Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.
Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə Azərbaycan ordusunun 50 nəfər hərbi qulluqçusu erməni terrorunun və təxribatının qarşısını alarkən həlak olmuşdur. Eyni zamanda hərbi infrastruktura da ziyan dəymişdir..
Baş verən bu qanlı cinayətin səbəbkarı birmənalı olaraq Ermənistandır. Bu hadisənin məsuliyyəti Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Ermənistan bölgədə təxribat və terror aktları törətməklə həm sülh danışıqlarına zərbə vurur‚ həm də bölgənin təhlükəsizliyini pozur. Ermənistan bu addımları ilə bölgədə terror dalğası əsdirir. Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribat və terror əməlindən açıq aşkar görsənir ki‚ Ermənistan öz siyasi maraqları naminə hər cür hərbi cinayətə və terror əməlinə əl atmaqdadır. Hərbi cinayət əməli beynəlxalq qanunlarla ən ağır cinayət əməli sayılır. Ermənistanın törətdiyi saysız hesabsız hərbi cinayətlər‚ təxribat və terror əməlləri‚ qonşu ölkə ərazisinə cinayət və terror məqsədilə kəşfiyyat və diversiya qurupları göndərmək beynəlxalq hüququ pozmaqdır və miqyası çox böyük cinayət əməlləridir. Belə halda Azərbaycan dövlətinin də‚ hər bir suveren ölkə kimi‚ məhz beynəlxalq qanunlarla öz suverenliyini‚ ərazi bütövlüyünü‚ sərhədlərini‚ hərbi və mülki obyektlərin‚ mülki sakinlərin təhlükəsizliyini qorumaq‚ düşmən təxribatından və terror aktlarından mühafizə etmək və anti-terror əməliyyatı həyata keçirtmək hüququ vardır. Öz ərazisini‚ hərbi və mülki obyektlərini‚ mülki sakinlərini düşmən təxribatından‚ terror aktlarından‚ kəşfiyyat və diversiya quruplarından‚ hərbi təcavüz və hücumlardan qorumaq‚ Azərbaycan dövlətinin hüququdur. Beynəlxalq hüquq da Azərbaycan dövlətinin tərəfindədir. Bir ölkənin‚ başqa bir ölkənin suveren sərhədlərinə qarşı kəşfiyyat-diversiya hücumu‚ təxribat və terror aktı törətməsi beynəlxalq hüquqla hərbi cinayətdir. Göründüyü kimi‚ Ermənistan silahlı qüvvələri məhz beynəlxalq hüququ pozaraq ağır cinayət törətmişdir. Biz Azərbaycan Respublikasının suveren sərhədlərinə‚ ərazi bütövlüyünə öz dəstəyimizi ifadə edirik. Eyni zamanda Azərbaycan dövlətinin erməni təxribatına və terroruna qarşı öz sərhədlərini‚ hərbi və mülki obyektlərini qorumaq məqsədilə keçirtdiyi anti-terror əməliyyatına sonsuz dəstəyimizi ifadə edərək Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu‚ erməni terrorunu və təxribatını qətiyyətlə pislədiyimizi açıq şəkildə bəyan edirik. Bildiririk ki‚ baş verən hadisə Ermənistanın öncədən planlayaraq‚ məqsədli şəkildə törətdiyi hərbi cinayət əməlidir. Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş bu hərbi cinayət əməlində Erməsnitanın siyasi-hərbi rəhbərliyi birmənalı şəkildə günahkardır.
Bir daha bildiririk ki‚ Azərbaycan dövləti haqqlıdır və ərazisi‚ sərhədləri terora və təxribata məruz qalmışdır. Belə həssas bir məqamda Azərbaycan dövlətinə və xalqına mənəvi dəstəyimizi ifadə edirik. Hər zaman dost və qardaş Azərbaycan dövlətinin və xalqının yanındayıq. Dünya birliyini‚ Beynəlxalq təşkilatları və BMT Təhlükəsizlik Şurasını erməni cinayətlərinə göz yummamağa və baş verən erməni təxribatına hüquqi qiymət verməyə çağırırıq.
Baş verən bu qanlı hadisəyə və Azərbaycan əsgərlərinin həlak olmasına görə dərin üzüntü və kədər hissi keçiririk.
Şəhid olan Azərbaycan əsgərlərinə Allahdan rəhmət diləyir‚ məkanları cənnət olsun deyirik. Yaralılara isə Allahdan şəfa arzu edirik. Həlak olanların ailərinə və bütün Azərbaycan xalqına dərin hüznlə baş sağlığı verir‚ kədərlərinə şərik olur‚ acılarını paylaşırıq.
Dost və qardaş Azərbaycan dövlətinin ərazi bütövlüyünün‚ suverenliyinin və təhlükəsizliyinin daimi və əbədi olmasını‚ dost və qardaş Azərbaycan xalqına əbədi əmin-amanlıq arzu edirik. 🇮🇱🤝🇦🇿
İsrail Təhlükəsizlik Akademiyasının
Azərbaycan Respublikasındakı
Nümayəndəliyi
________________________________
Another military crime was committed by the armed forces of Armenia against the state border of the Republic of Azerbaijan and several military facilities of Azerbaijan. Thus, on the night of September 12, units of the Armenian armed forces committed large-scale sabotage and terrorist acts in the directions of Dashkasan, Kalbajar and Lachin of the Azerbaijan-Armenia state border. The information of the Ministry of Defense of the Republic of Azerbaijan states that
Subversive teams of the Armenian armed forces have mined the areas and supply roads between the positions of the units of the Azerbaijani Army in different directions, using the mountainous relief of the area and existing ravines in the dark.
As a result of urgent measures taken by our units in order to immediately prevent these acts, a battle took place.
Some positions, shelters and bases of the Azerbaijani Army in the territory of Dashkasan, Kalbajar and Lachin regions by the units of the Armenian armed forces located in the direction of Basarkecher, Istisu, Garakilsa and Gorus settlements were fired with various types of weapons, including mortars. As a result, 50 servicemen of the Azerbaijani army died while preventing Armenian terrorism and provocation. At the same time, the military infrastructure was also damaged.
Armenia is clearly responsible for this bloody crime. The responsibility of this event falls on the political and military leadership of Armenia. By committing acts of provocation and terrorism in the region, Armenia attacks the peace talks and violates the security of the region. With these steps, Armenia is blowing a wave of terrorism in the region. It is clear from the acts of provocation and terrorism committed by the armed forces of Armenia on the Azerbaijan-Armenia state border that Armenia is resorting to all kinds of military crimes and acts of terrorism for the sake of its political interests. Military crime is considered the most serious crime under international law. Countless military crimes committed by Armenia, acts of sabotage and terrorism, sending intelligence and sabotage units to the territory of the neighboring country for the purpose of crime and terrorism violate international law and are very large-scale criminal acts. In such a case, the state of Azerbaijan, like any sovereign country, has the right to protect its sovereignty, territorial integrity, borders, military and civilian objects, the safety of civilian residents, to protect against enemy provocations and terrorist acts, and to carry out an anti-terrorist operation, in accordance with international laws. It is the right of the state of Azerbaijan to protect its territory, military and civilian facilities, and civilian residents from enemy provocations, terrorist acts, intelligence and sabotage groups, military aggression and attacks. International law is also on the side of Azerbaijan. Intelligence-sabotage attack, provocation and terrorist act by one country against the sovereign borders of another country is a war crime under international law. As it can be seen, the armed forces of Armenia committed a serious crime by violating international law. We express our support for the sovereign borders and territorial integrity of the Republic of Azerbaijan. At the same time, expressing our unlimited support for the anti-terrorist operation carried out by the Azerbaijani state to protect its borders, military and civilian objects against Armenian provocation and terrorism, we openly declare that we stand by the Azerbaijani state and people, and strongly condemn Armenian terrorism and provocation. We inform you that the incident is a war crime committed by Armenia with prior planning and purpose. The political and military leadership of Armenia is unequivocally guilty of this military crime committed by Armenia against Azerbaijan.
We once again state that the state of Azerbaijan is justified and its territory and borders have been subjected to terror and provocation. At such a sensitive moment, we express our moral support to the state and people of Azerbaijan. We are always with the friendly and brotherly state and people of Azerbaijan. We call on the world community, international organizations and the UN Security Council not to turn a blind eye to Armenian crimes and to give a legal assessment to the Armenian provocation.
We are deeply saddened by this bloody event and the loss of Azerbaijani soldiers.
We pray for God's mercy to the martyred Azerbaijani soldiers, may their places be heaven. We wish God's healing to the injured. We offer our deepest condolences to the relatives of the deceased and the entire Azerbaijani people, share their sorrow, and share their pain.
We wish the territorial integrity, sovereignty and security of the friendly and brotherly Azerbaijan state to be permanent and eternal, and eternal peace to the friendly and brotherly people of Azerbaijan. 🇮🇱🤝🇦🇿
Israel Security Academy
in the Republic of Azerbaijan
Representation