İsrail Müdafiə Qüvələrinə terrorçularla mübarizədə uğurlar diləyirik.

Tarix: 7-08-2022, 23:29
İsrail Müdafiə Qüvvələrinə terrorçularla mübarizədə uğurlar diləyirik. İslami Cihad və Həmas terror təşkilatları hazırda İsrailə qarşı müntəzəm olaraq fasiləsiz terror hücumu həyata keçirir. Baş verən terror hücumları nəticəsində İsrailə xeyli sayda bomba düşüb. İsrail hər zaman bölgədə və dünyada sülhün tərəfdarı olub. İsrail dövləti və yəhudi xalqı bu günə qədər heçbir zaman hər hansı münaqişədə maraqlı olmayıb. Əksinə‚ İsrail dövləti və bütün yəhudi xalqı‚ hər zaman bölgədə öz qonşularına qarşı son dərəcə mehribanlıqla yanaşıb. Amma və lakin İsrail dövlətinin və Yəhudi xalqının mehriban‚ səmimi qonşuluq‚ dostluq və nəciblik münasibətinə baxmayaraq‚ qonşu dövlətlərin ərazisindən İsrailə hər zaman bombalar yağıb‚ İsrailin şəhər və küçələrində‚ mərkəz yerlərdə‚ günahasız insanlara qarşı terror aktları törədilib‚ günahsız qanlar axıdılıb. 

Həmas və İslami Cihad terror təşkilatlarını silahı yerə qoymağa‚ atəşkəsə və sülhə çağırırıq. İsrail ərazilərinə raket zərbələri endirildikcə‚ birmənalı olaraq İsrail dövlətinin də anti-terror əməliyyatı keçirtmək və mülki vətəndaşlarını‚ günahsız insanları raket hücumlarından qorumaq‚ öz ərazisini terror hücumlarından mühafizə etmək‚ baş verən təhlükəni zərərsizləşdirmək‚ öz ərazi bütövlüyünü və suverenliyini qorumaq hüququ vardır. İsrail dövləti də öz ərazisini və mülki vətəndaşları terror hücumundan‚ raket zərbələrindən qorumalıdır. Bu da İsrailin məcburiyyətidir və məhz Beynəlxalq qanunlarla‚ özünü və mülki sakinlərini terrordan qorumaq haqqıdır. İslami Cihad və Həmas terror təşkilatları İsrailə davamlı raket zərbələri ilə hücum etdikcə‚ İsrailə qarşı ağır terror aktları törədildikcə‚ anti-terrir əməliyyatı davam edəcək və cavab zərbələri daha da sürətli olacaq. Odur ki‚ Həmas və İslami Cihad terror təşkilatları bölgədə müharibə alovunu kükrətdikcə günahsız sivil insanlar‚ mülki vətəndaşlar zərər görəcək. İranın və kənar qüvvələrin diktəsilə İsraili raket atəşinə tutmaq‚ bölgədə sülhü baltalamaqdır. İsrail ərazilərinə atılan ağır raket zərbələri bölgədə sülhü pozmaq‚ Fələstin və İsrail arasındakı münaqişəni daha da alovlandırmaq məqsədi daşıyır. Bu isə ən çox İrana və molla rejiminə sərf edir. Belə olan halda fələstinlilər kənar diktələrə boyun əyməməli və münaqişə yaratmaqdan çəkinməlidir.   



İsrail Təhlükəsizlik Akademiyasının 
Azərbaycan Respublikasındakı 
Nümayəndəliyi   


-------------------------------------  


We wish the Israel Defense Forces success in the fight against terrorists.  The terrorist organizations Islamic Jihad and Hamas are currently carrying out regular and non-stop terrorist attacks against Israel.  As a result of the terrorist attacks, a large number of bombs fell on Israel.  Israel has always supported peace in the region and the world.  The State of Israel and the Jewish people have never been interested in any conflict until now.  On the contrary, the State of Israel and the entire Jewish people have always been extremely kind to their neighbors in the region.  However, despite the friendly, sincere neighborly, friendly and noble attitude of the State of Israel and the Jewish people, bombs have always been rained on Israel from the territory of neighboring countries, terrorist acts have been committed against innocent people in the cities and streets of Israel, in central places, and innocent blood has been spilled.

 We call on Hamas and Islamic Jihad terrorist organizations to lay down their weapons, cease fire and peace.  As long as rocket attacks are launched on Israeli territories, the state of Israel has the right to carry out an anti-terrorist operation and to protect its civilians, innocent people from rocket attacks, to protect its territory from terrorist attacks, to neutralize the threat, to protect its territorial integrity and sovereignty.  The state of Israel must also protect its territory and civilians from terrorist attacks and rocket attacks.  This is Israel's obligation and right to protect itself and its civilians from terrorism according to international laws.  As long as Islamic Jihad and Hamas terrorist organizations attack Israel with continuous rocket attacks, as long as serious terrorist acts are committed against Israel, the counter-terrorist operation will continue and the retaliatory strikes will be even faster.  Therefore, as long as Hamas and Islamic Jihad terrorist organizations are fanning the flames of war in the region, innocent civilians and civilians will be harmed.  Firing missiles at Israel at the behest of Iran and foreign forces is undermining peace in the region.  Heavy rocket attacks on Israeli territories aim to disrupt the peace in the region and further inflame the conflict between Palestine and Israel.  This benefits Iran and the mullah regime the most.  In such a case, the Palestinians should not submit to external dictates and avoid creating conflict.



 Israel Security Academy
 in the Republic of Azerbaijan
 Representation