Azərbaycan Respublikasının hərbi bölmələrinə qarşı erməni terrorçu birləşmələri tərəfindən təxribat və terror aktı törədilmişdir.
Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatında bildirilir ki‚
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.
Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir! Allah rəhmət eləsin!
Bölmələrimiz tərəfindən müvafiq tədbirlər görülüb.
İsrail Təhlükəsizlik Akademiyasının Azərbaycan Respublikasındakı rəsmi Nümayəndəliyi olaraq erməni terrorunu və erməni təxribatını qətiyyətlə pisləyir və bildiririk ki‚ hər bir suveren ölkə və müstəqil xalq kimi Azərbaycanın öz suverenliyini‚ ərazi bütövlüyünü və hərbi obyektlərini və mülki vətəndaşlarının‚ terrordan qorumaq hüququ vardır. Terrorizmə qarşı Azərbaycan dövlətinin beynəlxalq hüquqla anti-terror əməliyyatı keçirtmək hüququ vardır. Baş verən erməni terroruna və təxribat halına son dərəcə üzüntü hissi keçirərək‚ dost və qardaş Azərbaycan dövlətinin və xalqının yanında olaraq Azərbaycan ordusunun anti-terror əməliyyatına öz mənəvi dəstəyimizi ifadə edirik. Belə həssas bir məqamda biz Azərbaycan dövlətinin‚ Azərbaycan ordusunun və Azərbaycan xalqının yanındayıq. Dost və qardaş Azərbacan əsgərinə uca Allahdan güc‚ qüvvət‚ xeyir dua və uğurlar arzu edirik.
🇮🇱🤝🇦🇿
İsrail Təhlükəsizlik Akademiyasının
Azərbaycan Respubliksındakı
Nümayəndəliyi
------------------------------
An act of sabotage and terrorism was committed by Armenian terrorist units against the military units of the Republic of Azerbaijan.
The information of the Ministry of Defense of the Republic of Azerbaijan states that
On the morning of August 3, members of illegal Armenian armed groups in the territory of Azerbaijan, where the peacekeeping contingent of the Russian Federation is temporarily stationed, fired intensively at the positions of the units of the Azerbaijani Army located in the direction of Lachin region.
As a result, the soldier Kazimov Anar Rustam oghlu, a regular military serviceman, died of a bullet wound.
The leadership of the Ministry of Defense expresses deep condolences to the family and relatives of our martyred serviceman and wishes them patience! Rest in peace!
Appropriate measures have been taken by our units.
As the official Representation of the Israel Security Academy in the Republic of Azerbaijan, we strongly condemn Armenian terrorism and provocation and declare that Azerbaijan, like every sovereign country and independent nation, has the right to protect its sovereignty, territorial integrity, military facilities and its civilians from terrorism. The state of Azerbaijan has the right to conduct an anti-terrorist operation against terrorism according to international law. We express our moral support for the anti-terrorist operation of the Azerbaijani army in the presence of the friendly and brotherly state and people of Azerbaijan, feeling extremely saddened by the Armenian terrorism and provocation. At such a sensitive moment, we stand by the state of Azerbaijan, the Azerbaijani army and the people of Azerbaijan. We wish strength, strength, blessing and success to our friend and brother Azerbaijani soldier.
🇮🇱🤝🇦🇿
Israel Security Academy
in the Republic of Azerbaijan
Representation